Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma


Salam , əziz oxucularımız, sizi bu dəfə yaşadığınız şəhərlər də çəkilmiş əfsanəvi filmlər ilə tanış etmək istəyirik. Yeni başlıq da ilk dayanacaq Roma-dır. Fedirico Fellini, Michelangelo Antonioni, Bernardo Bertolucci, Vittorio De Sica, Luchino Visconti və saymaqla bitməyəcək əfsanəvi rejissorların , o cümlədən yaşadığım şəhər olan Roma-nı ilk dayanacaq seçməyim məhz buna görədir. Sizə bu başlıq altında bir çox film haqqında ətraflı məlumat vermək istərdim. Amma vaxt məhdudiyyəti və bəzi şəxsi nüanslara görə sizə başlanğıc olaraq 4 filmi təqdim edəcəm. Sözü çox uzatmadan ilk film ilə başlamaq istəyirəm.

An American in Rome (1954)


Orijinal adı : Un Americano a Roma
Rejissor : Steno
İMDb xalı : 7.1
Yazarın dəyərləndirməsi : 7.5


Əslində Roma-nı səyahət etməyən insan üçün bu film sıradan gələ bilər. Çünki filmin İMDb xalı ortadır və az insan tərəfindən tanınmaqdadır. Lakin bu film istər italyanlar üçün istərsə də amerikanlılar üçün çox məşhurdur. Yəqin ki, bu şəkil bir çoxunuza tanışdır. Çünki bir çox restoran da, kafe də, dil kursların da bir sözlə Romanın hər yerin də bu şəkli görə bilərsiz. Baş qəhrəman Nando Moriconi (Alberto Sordi) -dir. Amerika adət-ənənələrinə dəli kimi aşiq biridir, Nando.Belə ki, John Wayne (məşhur Western filmlərinin siması) geyinir və onun kimi gəzirdi. Nando Roma-da xoşbəxt deyildi, o, Kansas-a getmək istəyirdi. Çünki Roma onun üçün həddindən artıq səs-küylü idi. Səhər yeməyində cem, adi çörək kimi yeməklərə üstünlük verir. (Halbuki italyanlar cornetto ilə yola verir). Hal-hazırda "pasta" adlandırılan makaron filmdə "maccheroni" (Bu söz makaron və pendir (cheese) sözünün birləşməsi kimi meydana gəlib) kimi keçir. Bir çoxumuzun başına gəldiyi kimi Nando spaghetti-ni yeyərkən ketch-up istəyir.

P.S - "Cornetto" İtaliya da hər növ şirniyyata deyilir. 


Sordi-nin yaratmış olduğu obraz həqiqətən də Roma da çox sevilir və bəzi yerlərlər də əsasən də Garbatella bölgəsində abidəsini görə bilərsiz. Filmin mədəni təsirləri çoxdur. Belə ki, "Un americano a Roma" filmi İtaliya-Amerika münasibətlərini düzəlməsinə və möhkəmlənməsinə kömək edən başlıca elementlərdən biri idi.

Bicycle Thieves (1948)


Orijinal adı : Ladri di biciclette
Rejissor : Vittorio De Sica
İMDb xalı : 8.3
Yazarın dəyərləndirməsi : 7.5

                                     

" C'è una cura per tutto, tranne la morte.." (Ölümdən başqa hər şeyin çarəsi var.)

Romanın hər küçəsini , müharibədən sonra İtaliyanın düşdüyü sosial problemləri göstərən ən yaxşı filmlərdən biridir. Neorealism axınının öncüsü məhz bu filmdir. Film İtaliya hökümətini pis göstərdiyi səbəbi ilə bir neçə il qadağan olunmuşdu. Rejissor filmi çəkərkən çox cəsur qərar verir . Belə ki, film də izlədiyiniz (izləyəcəyiniz) bütün aktyorlar amateur-dur. Ata rolun dakı aktyor real həyatda sıradan bir işçidir, oğul rolun dakı Bruno isə qəzet satan bir uşaq idi.



Ətrafda insanlar arasında almanca danışıqlar eşidə bilərsiz. Rejissor Vittorio De Sica müsahibələrinin birində bunu ölkəsinin getdikcə yadlaşdığını və Musolini hakimiyyətinin gözəl İtaliyanı nə günə saldığını göstərməyə çalışdığını söyləyir. Film müharibənin gətirdiyi səfalətin , çarəsizliyinin, ağrıların, ümidsizliyin hekayəsidir. İndi belə bir çoxumuzun şikayətləndiyi İtaliya polisinin əslində o zamanlar da necə bərbat işlədiyini açıq şəkildə görə bilərsiz. Şəkildə gördüyünüz yer Giorgio Malagodi tərəfindən çəkilib və iqtisadi "boom" adlı bölgədir.

                              

Woody Allen : " The bicycle thieves (1948) filmi kimi zamana qarşı ayaqda qalacaq və heç bir vaxt unudulmayacaq bir film çəkmədim"
Filmin bir çox səhnəsi vurucudur. (spoiler in) Belə ki, oğlunun yanında bir çox səhnə də sınan və son səhnə də oğlunun gözünün qabağında döyülən ata nə qədər qüruru incisə də , oğlu onun əlini heç bir zaman buraxmır və atasına qarşı olan sevgisini şiddətli şəkildə nümayiş etdirir. (spoiler out) Film Ken Loach -a çox təsir etdiyindən rejissor Raining Stones (1993) adlı filmində də eyni mövzunu işləmişdir. Həmçinin film Ennio Morricone -ya da təsir etdiyi üçün buna oxşar temalı mahnı bəstələmişdir.
Bir çoxunuz üçün sıradan gələn küçələrin bir çoxunu filmdə görə bilərsiz.
                             


1-ci şəkil Tevere-dir. Digəri isə Romanın qəlbi olan Via Del Corso-dur. Romanın ən işlək küçəsi. Bir çox shopping mərkəzi məhz burda yerləşir. 

                                       


Yuxarıdakı şəkil hər bazar sabahı qurulur. Həmçinin bir neçə orijinal əşya da tapmaq olar. Məsələn : Ennio Morricone-nin orijinal albomlarını bu bazarda tapa bilərsiz. Bazar Porta Portese adlanır.


A Sweet Life (1960)


                                                            Orijinal adı : La Dolce Vita
                                                            Rejissor : Federico Fellini
                                                            İMDb : 8.1
                                                            Yazarın dəyərləndirməsi : 8.0
   
                             
                                     

"Anamı çox sevirəm amma ən çox o Rimini-də mən Roma-da olanda sevirəm. " (c) F.Fellini

     İtalyan kinomotoqrafiyasının əfsanəsidir, o. Sənət üçün yaradılmış bir əfsanədir. 41-45-ci ildə müharibə də iştirak etməmək üçün yalandan özünü dəli kimi göstərmişdir və buna nail olmuşdur və maraqlıdır ki, həyatında heç vaxt tətilə çıxmamışdır.      Bir gün Roma-da taksiyə minən Fefe-dən şofer soruşur ki :
"Fefe, nəyə görə elə film çəkmirsən ki, biz də başa düşək ?
- Dostum, mən gərçəkləri göstərirəm filmlərimdə və gərçək heç bir zaman bəsit deyil.."

Nə isə əfsanə haqqında sonra danışarıq, gördüyünüz bu şəkil bir neçə ay əvvəl təmirdən çıxan "Fontana di Trevi"-də çəkilmiş La Dolce Vita (1960) filmindən bir kadrdır.. 


                                          


Film Roma ilə bütünləşib. Hətta Roma-da indi belə filmlə bağlı bir çox hekayə tapa bilərsiniz. Ən məşhurlarından biri "Basilique Saint-Pierre" -dəki yazıdır. Belə ki, kilsənin yuxarısına qalxmaq üçün lift-ə yaxınlaşdığınız da, "Əgər siz Anita Ekberg-in nəfəsinə sahib deyilsinizsə lift işlədin" yazısını görə bilərsiz. (Həmin yazı ilə özüm rastlamamışam sözün düzü) Məhz filmdə, Anita kilsənin yuxarısına pilləkənlər ilə qaçaraq çıxmışdı. Film Fellinin digər filmləri kimi cəmiyyəti təndiq edir və onlarla məzələnir. Fellini özü qarışıq hər kəs ilə əylənmək istəyib, deyəsən :) Cəmiyyət dəki qırıqlıqları, iyrənclikləri , əxlaqi çöküntüləri Marcelo xarakterində çox gözəl göstərmişdir. Rahatlıq içində xaos, zövq içində kədər, sevgi içində nifrət və bu kimi alqılar incə şəkildə əla göstərilib. David Lynch, Salvador Dali, Luis Buniel kimi yönətmənlər kimi qabağımıza puzzle qoymur. Film bitdikdən sonra boş-boş ekrana baxıb nə anlatmaq istədiyini anlamaq məcburiyyətində deyilsən. Yuxarıda sadaladığım nüanslara görə Vatikan tərəfindən qadağan qoyulmaq istənilsə də xalq tərəfindən gələn reaksiyalardan sonra bu fikirlərdən əl çəkiblər. Fellini, din ilə , möcüzəyə inanan insanlar ilə məzələnməkdən də qorxmayıb. 

                                     

Həmçinin bütün dünyadakı məşhur paparazzi kəliməsi də ədəbiyyata bu film vasitəsi ilə daxil olmuşdur. Buna görə də minnətdarıq, ulu öndər. Həmçinin film italiya kinomotoqrafiyasının ilk 3 saatlıq filmi olma özəlliyi də daşıyır. 

"bəzi gecələr bu rahatlıq, bu səsslik məni boğur. Rahatlıq məni qorxudur, Marcello ! Hər şeydən çox qorxudur. Bu səssizliyin arxasına gizlənən cəhənnəm bir maska kimi gəlir mənə. O an uşaqlarımın gələcəyini düşünürəm. Dünya mükəmməl bir yer olacaq deyilir. Bir telefon danışığı hər şey sonlanmasına bəs olarkən, bu necə baş verə bilər ? Zamanın xaricində yaşayacaq qədər, hər şeydən uzaqlaşacaq qədər sevməyi öyrənməliyik, buna məcburuq..."

Filmin adında olduğu kimi bu "mükəmməl" həyatı yaşamaq məcburiyyətindəyik...

Roman Holiday (1953)



Orijinal adı : Vacanze Romane 

Rejissor : William Wyler 

IMDb : 8.1 

Yazarın dəyərləndirməsi : 7.5
                                        

    A. Hepburn bu filmdən əvvəl tanınmamış biri idi. Hətta həyatını bilənlər xanımın Hollandiya da alman düşərgəsində olduğunu bilər. William Wyler bu filmi ona təklif edər və səhnə çəkilişlərinin birində Hepburn-ə qışqıraraq : 
" Sabaha qədər səni gözləyəcəyimizi düşünürsən ? OMG! niyə ağlamırsan ? İndiyə qədər aktrisalıq etməyi öyrənmiş olmalıydın..."
   Bunu eşidən Hepburn hönkür-hönkür ağlayar və rejissor bunu qeydə alaraq əfsanəvi bir səhnə yaradar. Amma həmin səhnəni deyildə bu səhnəni paylaşıb Roma dakı tarixi yerləri göstərmək və mənim üçün verdiyi anlamları qeyd etmək istədim. Nağıl kimi başlayıb real həyat kimi bitdi..Şəkil Piazza di Spagna -da qeydə alınmışdır. Burda şəkil çəkdirməyi unutmayın. Hətta bu yaxınlar da satılan "dünyanın ən yaxşı dondurmasını"-da yeyə bilərsiz.

Bu film Roma-da çəkilən ilk ABŞ filmidir.
Ona görə də filmdə Roma ilə bağlı bir çox yerləri görə bilərsiz. Colosseum-un içi ilə də tanış ola bilərsiz. Bir sözlə köhnə Roma ilə tanış olmaq istəyirsinizsə ilk bu filmi seçin. Filmin ssenarisi Dalton Trumbo tərəfində yazılsa da Oskar mükafatı ona verilməmişdi . (Səbəbini Trumbo filminə baxanlar biləcək) 

                                            


Məhz bu flm və burda çəkilən digər Hollywood filmləri sayəsin də Roma "
Hollywood sul Tevere" (Tibr çayı üzərin də Hollywood ) adını almışdır.

Aşağıdakı şəkil də "
the Bocca della verità" adlı məşhur abidəni görürsüz.  Bu səhnə filmin ən gülməli hissəsi idi. Məhz bu səhnə əfsanələşərək buranı ziyarət edən turistlərə belə şəkil çəkdirməyə start verdi :)



         

Digər şəkil isə məşhur "Cafe Rocca"-dır. Hal-hazırda (via) della Roton-da küçəsində yerləşir və fashion shop kimi istifadə edilir. 

                


Sizi az da olsa bəzi əfsanə olmuş filmlər ilə tanış etməyə çalışdım. Bu sadəcə başlanğıc idi və tezliklə sizi bu mövzunun ikinci hissəsi ilə də tanış edəcəyik.








Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder