Robert De Niro. Həyatı və Ən Yaxşı Filmləri

 

Robert Anthony De Niro Jr. 1943-cü il 17 avqustda
New York-da anadan olub. Sənətçi ailəsində doğulan De Niro-nun anası Virginia Admiral məşhur rəssam, atası Robert isə şair, rəssam və heykəltəraş idi. Uşaqlığını New York-dakı italyan məhəlləsində keçirən aktyor bu dövrdə İtaliya aksentini yaxşı mənimsəyir. Olduqca arıq və cılız olan De Niro-ya yoldaşları "Bobby Milk" deyirdi.



  Uşaqlığında utancaq olan Robert romanları yeni dostlardan üstün tuturdu. Kitablardan ayrılmayan aktyor bir müddət New York-da kiçik uşaq qruplaşmalarında da olur. Broadway-a ilk dəfə getməsindən sonra bura heyran qalan gənc Robert artıq vaxtının çoxunu Broadway-da keçirirdi. 10 yaşı olanda Wizard of Oz teatr oyunununda aslanı canlandıran De Niro utancaqlığına qalib gəlir və özünəinam qazanır.



  16 yaşında Anton Chekhov-un Bear oyunundakı bəyənilən ifasından sonra Marlon Brando daxil olmaqla bir çox Hollywood ulduzununun aktyor müəllimi olan Stella Adler-in tələbəsi olan De Niro bu dövrdə qabiliyyətlərini inkişaf etdirir və nəhayət 1963-cü ildə məşhur rejissor Brian De Palma tərəfindən kəşf olunur.


Untouchables filminin çəkilişindən

  İlk iki filmi De Palma-nın Greetings (1968) və Wedding Party (1969) komediya filmi olan De Niro növbəti illərdə bir çox kiçik büdcəli filmlərdə oynayır. 1971-ci ildə dahi rejissor Martin Scorsese ilə tanışan aktyor 2 il sonra onun Mean Streets filmində baş rol oynayır. Bu filmdən sonra De Niro daha 7 Scorsese filmində (Taxi Driver (1976), New York, New York (1977), Raging Bull (1980), King of Comedy (1983), Goodfellas (1990), Cape Fear (1991), Casino (1995)) oynayacaqdı.



  1974-cü il isə De Niro-nun dünya şöhrəti qazandığı il olur. Francis Ford Coppola-nın Godfather seriyasının 2-ci hissəsində kino tarixinin ən unudulmaz personajlarından Vito Carleone-nin gəncliyini canlandıran aktyor ifası ilə ilk dəfə namizəd olduğu Oskarı köməkçi aktyor nominasiyasında qazanır. Beləliklə Vito Carleone 2 aktyora müxtəlif illərdə Oskar qazandıran ilk personaj olur. Qeyd edək ki, De Niro da Brando kimi təqdimetmə mərasiminə qatılmamış, Oskarı onun yerinə Coppola almışdı. Bu hadisələrdən sonra artıq Hollywoodda De Niro-ya yeni Marlon Brando ləqəbi qoyulmuşdu. 



  De Niro Carleone obrazına görə qazandığı Oskarla ingilis dilində danışmayaraq Oskar qazanan 5 aktyor/aktrisadan biri olur. Digərləri Sophia Loren, Roberto Benigni, Benicio Del Toro, Marion Cotillard-dır.



  1977-81-ci illərdə 3 dəfə - Taxi Driver, Deer Hunter, Raging Bull filmlərinə görə ən yaxşı aktyor Oskarına namizəd olan De Niro sonuncu ilə mükafatı ikinci dəfə qazanır. Ümumiyyətlə 1975-95-ci illəri Robert-in qızıl çağları kimi qiymətləndirmək olar. 1991-92-ci illərdə ardıcıl AwakeningsCape Fear filmlərinə görə Oskara namizəd olan aktyor son olaraq son illərdə çəkildiyi nadir keyfiyyətli filmlərdən Silver Linings Playbook (2013) filmindəki ifası ilə köməkçi aktyor nominasiyasında Oskara namizəd olmuşdu. 8 dəfə də Qızıl Qlobusa namizəd olan De Niro yalnız Raging Bull filmi ilə mükafatı qazanmışdı. Aktyorun 6 dəfə namizəd olduğu BAFTA-dan mükafatı hələki yoxdur.



  Aktyor 1976-cı ildə Taxi Driver filminin çəkilişlərində tanış olduğu Diahnne Abbott ilə evlənir. 1988-ci ildə boşanan cütlüyün 2 övladı var. 1997-ci il 17 iyunda aktrisa-müğənni Grace Hightower  ilə evlənən aktyorun bu evlilikdən də 2 övladı var (Aktyorun hər iki həyat yoldaşı qaradərilidir). Onu da qeyd edək ki, De Niro şəxsi həyatını çox gizli tutan nadir Hollywood ulduzlarındandır.



  Sakit görünüşlü ancaq şiddətə meyilli rolların mahir ifaçısı De Niro əsasən Scorsese filmlərində birlikdə işlədiyi dahi aktyor Joe Pesci ilə yaxın dostdur. Birlikdə işləməyi ən çox sevdiyi aktrisanın Meryl Streep olduğunu söyləyən aktyorun idealı uşaq yaşlarından Montgomery CliftMarlon Brando olmuşdu.



  2004-cü ildə nüfuzlu Empire jurnalının "Yaşayan Ən Yaxşı 100 Aktyor" səsverməsində 1-ci yerdə olan De Niro-nun ən yaxşı 20 filmini təqdim edirik:











20. Everybody's Fine












19. Meet the Parents












18. Jackie Brown












17. The Mission












16. Cape Fear












15. The King of Comedy












14. A Bronx Tale












13. Wag the Dog












12. Awakenings












11. Brazil












10. The Untouchables












9. Silver Linings Playbook












8. Casino













7. Heat













6. Once Upon a Time in America
















































2. Raging Bull















 
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa

0 comments:

Yorum Gönder